
Karyeranızı bizimlə qurun!
Müasir və dinamik inkişaf edən şirkət – “İnşaat Sınaq Laboratoriyası” MMC keyfiyyətli kadrların seçilməsi, onların düzgün yerləşdirilməsi, işçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün hər cür imkanlar yaradır. Şirkətimizdə kadrların idarə olunması aşağıdakı istiqamətlər əsasında həyata keçirilir.
İnsan Resursları İdarəetməsi
İşçilərin işlə təmin edilməsi İnsan Resursları İdarəetməsi mərhələlərinə əsasən axın sxeminə görə yerinə yetirilir.
İşlə təmin etmənin başlanğıcı və sonu şəffafdır. Bu ikisinin arasında işçi vəzifə təlimatları, şirkət, xəstəliyə görə işdə olmama, məzuniyyət, təlim və Dövlət Qanunları ilə əlaqədar olan proseslərlə qarşılaşır. İşə müraciət edən şəxslər peşəkarlığına, işgüzar və şəxsi keyfiyyətlərinə, təhsilinə görə seçilir, müvafiq sorğu və qiymətləndirmədən sonra işə qəbul edilir
İnsan Resursları İdarəetməsinin missiyası aşağıdakılardır:
- Şirkət içində istənilən zaman ən yaxşı işçini doğru yerdə işə cəlb etmək;
- Əsas işçilərin, xüsusilə, yüksək idarə heyətinin hazırlanması;
- İSL-in cəlbedici işverən olmasını təmin etmək.