Policy

Keyfiyyət Siyasəti

Xidmət sahəsi: Bütün növ inşaat materiallarinin yoxlanılması,sınağı.

Bizim öhdəliklərimiz: Milli qanunvericiliyə uyğun olaraq Beynəlxalq Standartların tələbləri səviyyəsində sınaq xidmətləri ilə bağlı müştəri tələblərini, dürüstlük, tərəfsizlik və gizlilik prinsiplərini güzəşt etmədən, referans standartların beynəlxalq sisteminin izlənilməsini təmin edərək, test cihazlarını daima saz vəziyyətdə saxlamaq yolu ilə etibarlılığını davamlı təmin edəcək şəkildə, texnoloji inkişafları yaxından izləyib, müştərinin ehtiyac duyduğu ölçmə müəyyənsizliklərini sürət-xəta optimizmini səhlənkarlıq etmədən ən kiçik səviyyədə gerçəkləşdirmək, bu əhatə dairəsindəki sənədləşdirilmiş prosedurları başa düşmüş və tətbiq edə bilən personal ilə AZS/ ISO / IEC 17025 standartının tələb etdiyi şərtlərə əməl etmək və idarəetmə sisteminin davamlı inkişaf və təsirliliyini təmin etmək sınaq xidmətlərindəki Keyfiyyət siyasətimizdir.

Aşağıda göstərilən prinsip və metodları fəaliyyətimizə tətbiq etməyi öhdəliyimizə götürürük:

  • Müştəri yönümlülük: Müştərilərimiz bizim üçün önəmlidir və onlara tələblərinə uyğun olan yüksək keyfiyyətli xidmətlər təqdim etməyə borcluyuq. Hədəfimiz müştərilərimizin gözləntilərini yüksək səviyyədə qarşılamaqdır.
  • Qanuni tələblər: Biznes sahəmizə aid olan bütün qanuni tələblərə əməl etməyi öhdəliyimizə götürürük. Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən müəyyən edilmiş rəsmi tələblərə tam riayət etməyimizə baxmayaraq, biz onları minimum tələblər kimi qəbul edirik və uyğunluğun tam təmin edilməsi və müştərinin əmlakına zərər, ətraf mühitə təsir və s. kimi digər riskləri minimuma endirmək üçün daha ciddi tələblərin tətbiq edilməsini qərara ala bilərik.
  • Davamlı inkişaf: Biz ən yaxşı təcrübələri tətbiq edərək idarəetmə heyətinin liderliyi, işçilərin öhdəçiliyi və iştirakı ilə Keyfiyyət İdarəetmə Sisteminin davamlı inkişafını təmin edəcəyik.
  • Məqsəd və hədəflərKeyfiyyət ilə əlaqədar məsələlər müəyyən ediləcək, rəhbərlik tərəfindən hər il əməliyyatlar nəzərdən keçiriləcək və hədəflər təyin ediləcəkdir. Məqsəd və hədəflərə çatmaq üçün işçilərin təlimi strategiyanın ayrılmaz hissəsi olacaqdır.
  • Resurslar: Planlaşdırılmış məqsədlərə və hədəflərə nail olmaq üçün şirkətin rəhbərliyi tərəfindən maliyyə, informasiya və digər zəruri bütün resurslar təmin ediləcəkdir.
  • Maraqlı tərəflər: Bizim, müştərilərimizin, təchizatçılarımızın, tərəfdaş və digər tərəflərin maraqları bir-birinə bağlıdır. Keyfiyyəti artırmaq üçün qarşılıqlı əlaqələri inkişaf etdirməyə çalışacağıq ki, bu da daha çox etibarlılığa, genişləndirilmiş xidmətlərə və səmərəliliyin yüksəlməsinə səbəb olacaq.
  • Xarici və daxili məsələlər: Qaydalardakı dəyişikliklər, rəqabətin artması, yeni bazar tələbləri, maraqlı tərəflərin yeni gözləntiləri, işçi heyətə mənəvi təsir göstərə biləcək dəyişikliklər kimi təşkilatın məqsədinə və strateji istiqamətinə təsir göstərə biləcək hər hansı məsələlər hər zaman nəzərə alınacaq.
  • Risklərin idarə olunması: “İnşaat Sınaq Laboratoriyası” MMC şirkətin fəaliyyətinə aid risklər, təhlükə və zəifliklərin aşkar edilməsi və qiymətləndirilməsini təmin etmək üçün risk əsaslı idarəetmə təmin edəcək və yüksək keyfiyyət standartları ilə təhlükəsiz və fasiləsiz fəaliyyət üçün bütün effektiv nəzarət tədbirlərini tətbiq edəcəkdir.
  • Məsuliyyət: İşçilərimiz uyğunsuzluqların qarşısını almaq, müştərilərin və digər maraqlı tərəflərin gözləntilərinə cavab vermək və müqavilə tələblərinə düzgün riayət etmək üçün bütün tədbirləri görəcək. Rəhbərlik şirkət daxilində Keyfiyyət üçün ümumilikdə məsuliyyət daşıyır.
  • Kommunikasiya: İşçilər Keyfiyyət Siyasətinin tələbləri barədə hər zaman məlumatlandırılacaq.

Sətəm Siyasəti

Xidmət sahəsi: Bütün növ inşaat materiallarinin yoxlanılması,sınağı.

Bizim öhdəliklərimiz: “İnşaat Sınaq Laboratoriyası” MMC peşə sağlamlığı və təhlükəsizliyin qorunmasında yüksək standartlı xidmətlərə nail olmaq üçün bütün tətbiq olunan qanunlara, standartlara, müştərilərin ehtiyaclarına, gözləntilərinə və müvafiq tələblərinə riayət etməyə borcludur.

Bütün proseslər ISO 45001:2018 beynəlxalq standartına cavab verən sənədləşdirilmiş İdarəetmə Sistemi əsasında strukturlaşdırılmışdır.

Aşağıda göstərilən prinsip və üsulları tətbiq etmək üçün öhdəlik götürürük:

  • : Bu şirkətin bütün işçiləri və ictimaiyyətin üzvlərinin başına gələ biləcək mümkün qəza, hadisə, xəsarət və peşə xəstəliklərin qarşısını almaq məqsədini daşıyır. İdarə heyəti bütün personalın təhlükəsizliyi, sağlamlığı və rifahı ilə bağlı məsuliyyətlərini bilir.
  • “İnşaat Sınaq Laboratoriyası” MMC SƏTƏMM ilə əlaqədar məqsədləri müəyyən edəcək və rəhbərlik tərəfindən hər il əməliyyatlar nəzərdən keçiriləcək və bunlara nail olmaq üçün hədəfləri təyin edəcəkdir. İşçilər üçün təlimlərin keçirilməsi məqsədlərə nail olma strategiyanın tərkib hissəsi olacaqdır.
  • “İnşaat Sınaq Laboratoriyası” MMC təşkilatımızın fəaliyyətlərinə birbaşa və ya dolayısı ilə təsir edə biləcək peşə sağlamlığı və təhlükəsizliyi ilə bağlı bütün risklərin qiymətləndirilməsi, mövcud təhlükələrin müəyyənləşdirilməsi və tətbiq olunan effektiv nəzarət tədbirlərinin təmin edilməsi üçün risk zəminli idarəetməni təmin edir.
  • Biz idarəetmə heyətinin və işçilərin öhdəçiliyi və iştirakı, səlist idarəetmə və qabaqcıl təcrübənin tətbiqi ilə inteqrasiya olunmuş idarəetmə sisteminin davamlı inkişafını təmin edəcəyik.
  • Rəhbərliyimiz insanların təhlükəsizliyinə təsir edə biləcək məsələlərlə bağlı qərar qəbul etməzdən əvvəl həmişə işçilərin fikirlərini nəzərə alacaq. Şirkətin işçiləri və onların nümayəndələri məqsədlərin müəyyən edilməsində, risklərin qiymətləndirilməsində, SƏTƏMM siyasətinin həyata keçirilməsində və SƏTƏMM idarəetmə sistemləri ilə bağlı digər proseslərdə iştiraka cəlb olunacaqlar.
  • Hər bir işçinin vəzifəsi “İnşaat Sınaq Laboratoriyası” MMC SƏTƏMM siyasətinin tələblərinə tabe olmaq və iş yerinin mümkün qədər təhlükəsiz olmasını təmin etmək üçün rəhbərliklə əməkdaşlıq etməkdir. İşçilər əməliyyatların təhlükəsizliyinə təsir göstərə biləcək hər hansı bir narahatlıq barədə rəhbərliyə məlumat verməlidirlər. Bu siyasətə və ya digər təhlükəsizlik tələblərinə riayət etməyən hər hansı bir işçi məsuliyyət daşıyır.
  • Biz SƏTƏMM siyasətimizi bütün işçilərə və subpodratçılara çatdıracağıq və bütün işçilərdən peşə sağlamlığı və təhlükəsizliyi sahəsində öhdəlik və liderlik nümayiş etdirmələrini gözləyirik.